Nyu-Yorkun Bruklin Boro inzibati rayonu ilə Bakının Səbail rayonu arasında protokol imzalanıb - FOTO

Nyu-Yorkun Bruklin Boro inzibati rayonu ilə Bakının Səbail rayonu arasında protokol imzalanıb - <span style="color: red;">FOTO
# 19 noyabr 2014 10:37 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Protokolu Bruklin Boro inzibati rayonunun prezidenti Erik Adams və Səbail rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov imzalayıblar.

Tədbirdə Bruklində yaşayan azərbaycanlılar və Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər.

Azərbaycanla ABŞ arasındakı mövcud olan qarşılıqlı əlaqələri və iki ölkənin rayonları və şəhərləri arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə imzalanan protokolda əsasən tərəflər şəhərlər arasında əlaqələrin inkişaf etdirilməsi, həmçinin mədəniyyət, turizm və iqtisadi sahələrdə birgə əməkdaşlığa dair öhdəliklər götürüblər.

Qeyd edək ki, protokol Nyu-York şəhərinin Boro rayonunda Azərbaycan və ingilis dillərində imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR