“Xoşbəxt olun” adlı tammetrajlı film çəkilib

“Xoşbəxt olun” adlı tammetrajlı film çəkilib
# 05 iyul 2016 15:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanda yeni “Xoşbəxt olun” adlı tammetrajlı film lentə alınıb.

APA-nın məlumatına görə, film Səidə Haqverdiyevanın “Qara qızın qara bəxti” adlı hekayəsinin motivləri əsasında ekranlaşdırıb.

Tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Könül Vəlibəylidir.

Filmdə əsas rolları Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, əməkdar artist Sevinc Sarıyeva, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov, Aybəniz Bağırova, Gülnarə Abdullayeva ifa edirlər. Çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda baş tutan film beynəlxalq festivallara göndəriləcək.

Müəllif 6 qızı olan və oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin gülüş obyektinə çevrilən və buna görə özünü bədbəxt hiss edən atanın dramını sarkazmla ekrana köçürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR