Bakıda VIII Azərbaycan Beynəlxalq “Təhsil” və “Karyera” sərgiləri keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda VIII Azərbaycan Beynəlxalq “Təhsil” və “Karyera” sərgiləri keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2014 10:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, sərgilərin açılışında çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, təhsil islahatlarının uğurla həyata keçirilməsi hamının birgə səylərindən asılıdır. Onun sözlərinə görə, burada təhsil müəssisələri ilə biznes sektoru, işəgötürənlər arasında sıx əlaqə qurulmalıdır: “İslahatların uğuruna yalnız hökumətin öhdəliyi kimi baxmaq lazım deyil. Burada hər birimizin, xüsusilə də işəgötürənlərin səyləri vacibdir. Bu sərginin genişlənməsi nəticəsində bizneslə təhsil sektoru arasında əməkdaşlıq genişlənəcək və biz Azərbaycanın daha da inkişaf etdirilməsi baxımından yeni layihələrin həyata keçirilməsinin əsasını burada qoyuruq”.


Nazir müavini qeyd edib ki, təhsil və karyera sərgisi Azərbaycanda bu sahədə həyata keçirilən yeni layihələr, Azərbaycan təhsil sisteminin imkanları barədə geniş məlumat verir.

Qeyd edək ki, bu il “Təhsil” və “Karyera” sərgilərinə dünyanın 20 ölkəsindən 122 iştirakçı qatılıb. Eksponentlərin siyahısında Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Təfəkkür Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, “CELT” və ölkənin bir sıra digər təhsil müəssisələri var. Sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi də iştirak edir və onun stendində qarşıdan gələn illər üçün təhsil nazirliyinin plan və proqramları barədə məlumatlar nümayiş etdirilir. 8-ci “Təhsil” və “Karyera” sərgiləri oktyabrın 12-dək davam edəcək. “Karyera” sərgisinə giriş iş axtarışında olan hər kəs üçün, “Təhsil” sərgisi isə yalnız sənaye peşəkarları, tələbə və abituriyentlər, habelə 10 və 11-ci sinif şagirdləri və onların valideynləri üçün açıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR