Sabah Azərbaycanda hava küləkli olacaq - VİDEO

Sabah Azərbaycanda hava küləkli olacaq - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2014 09:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli, az yağış yağacağı ehtimalı da var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

Sentyabrın 3-də Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR