Suriyanı Ərəb Liqasında seçkilərədək müxalifət təmsil edəcək

Suriyanı Ərəb Liqasında seçkilərədək müxalifət təmsil edəcək
# 26 mart 2013 22:45 (UTC +04:00)

Bakı-APA. «Suriya Müxalif və inqilabi qüvvələrin Milli koalisiyası bu ölkədə keçiriləcək seçkilərədək Suriyanın Ərəb Dövlətləri Liqasında təmsil edəcək». APA-nın məlumatına görə, ərəb dövlətlərinin Dohadakı sammitinin yekun bəyannaməsində belə deyilir.

«Milli koalisiya Suriya xalqının yeganə qanuni təmsilçisi və ƏDL-nın əsas tərəfdaşı sayılır», deyə sənəddə bildirilir.

Samitin gedişində ərəb ölkələri Suriyadakı münaqişənin siyasi yolla həllinə səy göstərilməsinin vacibliyini vurğulasalar da, hər bir ölkəyə Bəşər Əsəd rejimi ilə döyüşən qruplaşmalara silah vermək hüququ tanıyıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR