Avropa Liqası: “Qarabağ”– “Monako” - 1:1

Avropa Liqası: “Qarabağ”– “Monako”  - 1:1
# 05 noyabr 2015 18:55 (UTC +04:00)

Bakı-APA. Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində IV turun oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Monako” ilə qarşılaşıb.

Qurban Qurbanovun yetirmələri iki həftə əvvəl səfərdə aldığı (0:1) məğlubiyyətin əvəzini bu dəfə də çıxa bilməyiblər.

Oyuna yaxşı başlayan ağdamlılar bir neçə əlverişli vəziyyəti boşa versə də, 40-cı dəqiqədə hesabı aça biliblər. Armenteros Rəşad Sadıqovun əla ötürməsini tək toxunuşla tora qovuşdurub. İkinci hissədə də üstün oynayan çempionumuz bir neçə epizodda fərqi artırmağa yaxın olsa da son anda qeyri-dəqiqlik buna əngəl olub.

Qonaqlar isə 70-ci dəqiqədə cavab qolunu vurmağa müyəssər olublar. Qalan dəqiqələrdə başqa qol olmayınca, oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

5 noyabr

J qrupu

“Qarabağ” (Azərbaycan) – “Monako” (Fransa) - 1:1

Qollar: Armenteros, 40 - Kavalyero, 70

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR