Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,3% enib
# 29 aprel 2013 06:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 14 713 bəndədək yüksəlib, S&P 500 0,2% - 1 582 bəndədək, Nasdaq 0,3% - 3 279 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına ÜDM üzrə statistika təsir edib. Belə ki, bu ilin I rübündə ÜDM ötən ilin IV rübünə nisbətən 2,5% artıb, bu da proqnozdan 0,5 faiz bəndi aşağıdır.

Avropa fond bazarlarında aprelin 26-da FTSE 100 indeksi 0,3% - 6 426 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 815 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 729 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 453,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3030 (+0,2%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR