«Günay Bank»ın kredit portfeli son bir ildə 25% artıb

«Günay Bank»ın kredit portfeli son bir ildə 25% artıb
# 06 mart 2013 14:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Günay Bank» ASC-nin aktivləri 2013-cü il yanvarın 1-nə 36,629 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,5% azdır.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 25,4% artaraq 33,567 mln. manata çatıb.

Bankın depozit portfeli 2012-ci ildə 9,6% artaraq 10,287 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 9,550 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,4% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 6,6% azalaraq 11,329 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 13,024 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 7,1% artaraq 1 490, o cümlədən fiziki şəxslərin sayı 8,7% artaraq 1 135, hüquqi şəxslərin sayı 2,3% artaraq 355 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 46-ya bərabər olub ki, bu da illik müqayisədə 2,5 dəfə azdır. Bütün kartlar debet kartlarıdır.

Hazırda bankın ölkə üzrə 1 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir. Bankın 39 işçisi var, orta aylıq əmək haqqı isə 440 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR