FHN-in Bakı Regional Mərkəzi 307 saylı orta məktəbdə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbir keçirib - APA TV

FHN-in Bakı Regional Mərkəzi 307 saylı orta məktəbdə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbir keçirib - <span style="color: red;">APA TV
# 26 aprel 2013 10:42 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan məktəbin direktoru İqbal Kərimov tədbirin əhəmiyyətindən danışaraq, orta məktəb şagirdləri arasında fövqəladə hallarla bağlı maarifləndirici tədbirlərinin keçirilməsinin vacib məsələlərdən olduğunu qeyd edib.

Daha sonra çıxış edən FHN-in Bakı Regional Mərkəzinin şöbə rəisi Elgün Ələkbərov bildirib ki, paytaxt məktəblərində Heydər Əliyevin 90 illiyi ilə əlaqədar maarifləndirici silsilə tədbirlərə start verilib. Tədbirlərə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sulardan Xilasetmə Xidməti və Təcilli Tibbi Yardım briqadalarının cəlb edildiyini vurğulayan E. Ələkbərov məktəblilər arasında belə tədbirlərin keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonra FHN-in Bakı Regional Mərkəzinin zabitləri şagirdlərinə fövqəladə hallar, onların fazaları, təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları, partlayışlar və s.-lə bağlı ətraflı məlumat veriblər.

Daha sonra məktəblilərə “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır”, “Təbii qazdan istifadə qaydaları”, “Qəza radiasiya hadisələrindən necə qorunmaq lazımdır” mövzularında izahat verilib və “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri və vəziyyətdən çıxmağın yolları” mövzusuna dair video çarx nümayiş olunub.

Tədbirin praktik hissəsində isə şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilib. Şagirdlərə zəlzələ baş verən zaman necə qorunmalı olduqları, xilasetmə qrupları tərəfindən şagirdlərin fəlakət zonasından təxliyəsi, zəlzələ zamanı düzgün mövqe tutmaq qaydaları, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi və digər təxirəsalınmaz qəza-bərpa işlərinin vaxtında və düzgün icrası əyani şəkildə göstərilib.

Bundan başqa, fövqəladə hallar zamanı xilasedicilər tərəfindən istifadə olunan texniki vasitələr də nümayiş etdirilib.

Şagirdlər həmçinin praktiki olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürmə prosesini izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR