ABŞ-ın İranla münaqişədə hazırkı səylərinin böyük hissəsi gəmilərin Hörmüz boğazından sərbəst keçidinin təmin edilməsinə yönəlib.
APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsi zamanı deyib.
“Hazırda elə bir mərhələdəyik ki, gördüyümüz işlərin böyük hissəsi əslində Hörmüz boğazından ticarət axınının sərbəst keçidinin təmin edilməsinə yönəlib”, - Vens bildirib.