Azərbaycandakı bankların məcmu aktivləri 27% artıb

Azərbaycandakı bankların məcmu aktivləri 27% artıb
# 12 fevral 2013 12:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2012-ci ildə 3 696,7 mln. manat və ya 26,5% artaraq 2013-cü il yanvarın 1-nə 17 643,5 mln. manata çatıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə dekabr ayında aktivlərin həcmi 822,3 mln. manat və ya 4,9% artıb:

Göründüyü kimi, son illər ərzində ən yüksək artım tempi məhz 2012-ci ildə müşahidə olunub. Belə ki, 2009-2011-ci illərdə aktivlərin illik artım tempi 14%-dən artıq olmayıb. Artım tempinin yüksəlməsi ilk növbədə 2012-ci ildə kreditləşmədə baş verən canlanma ilə əlaqələndirmək olar.

Qeyd edək ki, bank aktivlərinin strukturunda əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 10 681,3 mln. manat təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 1 600,9 mln. manat olan investisiyalar, 1 444,1 mln. manat həcmində müxbir hesabları, 696,0 mln. manat maliyyə sektoruna verilən kredit və depozitlər, 700,4 mln. manat nağd vəsaitlər və 2 520,6 mln. manat digər aktivlərin payına düşür.

Passivlərin tərkibində isə 7 710,9 mln. manatı depozitlər, 5 172,1 mln. manatı maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 2 205,1 mln. manatı digər öhdəliklər və 2 555,3 mln. manatı kapital təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR