® «Hyundai Accent»i martda almaq üçün 3 səbəb - FOTOSESSİYA

<font color=red>® </font>«Hyundai Accent»i martda almaq üçün 3 səbəb - <span style="color: red;">FOTOSESSİYA
# 18 mart 2013 07:30 (UTC +04:00)

“Hyundai Accent”lə. Brend ilk maşınını almaq istəyənlərə bu modelini tövsiyə edir.

Sinfində yerdən ən yüksək hündürlüyə malik “Accent” yığcam avtomobillər arasında ən geniş salonu ilə seçilir. Təbiətə zərəri düşünüb, avtomobil almayanlar əmin ola bilərlər – “Accent” ətraf mühitə rəqiblərindən xeyli sayğılıdır. Qənaətcilliyinə isə söz yox - hətta bu, avtomobili seçmək üçün əsas səbəblərdən biri ola bilər.

“Accent”i mart ayında almaq üçün isə xüsusi səbəblər var:

  1. Martda “Hyundai” rəsmi dilerlərindən “Accent” alanlara 20 000 km-ə qədər yağ dəyişmə, yağ, hava və kondisioner filtri hədiyyə olunur.
  2. Bundan əlavə, sadəcə “Accent” modeli üçün xüsusi kredit şərtləri təklif edilir. Belə ki, bank komissiyası 2% əvəzinə, 1,5%, sığorta faizləri isə daha aşağı dərəcə ilə hesablanır. Bununla ilkin ödəmə miqdarına da xeyli qənaət olunur.
  3. Martın 31-dək 2840 manat ilkin ödənişlə “Accent” sahibi olmaq mümkündür. Bu ödəniş 13500 manatlıq versiya və 3 illik kredit üçündür.

Bu təklifdən sonra hələ də fikirləşənlərin isə “Accent”ə özlərinin baxmağı məsləhətdir. Avtomobil xarici görünüşü ilə diqqəti ilk baxışda cəlb edir. “Hyundai”-ın son texnoloji yenilikləri bu modeli xeyli dəyişib. “Elantra” və “Sonata”-nın vəhdəti sayılan bu “Accent”də stil və təhlükəsizlik qabarıq gözə çarpır. Daxili interyerdəki yeniliklər və genişlik sürücü və sərnişinlərin rahatlığı üçündür. Baqaj həcminə görə “Accent” öz seqmentində olan digər avtomobillərdən üstündür. Təbii ki, təhlükəsizlik də avtomobildə ən yüksək səviyyədədir. Avtomobildə ABS-lə bərabər, sürücü və ön sərnişin hava yastıqları var.

Qeyd edək ki, “Hyundai” markasını Azərbaycanda “Auto Azərbaycan” şirkəti təmsil edir. Azərbaycan avtomobil bazarının liderlərindən sayılan “Auto Azərbaycan” 17 ildir ki, yüksək servis səviyyəsi, orijinal ehtiyat hissələri və etibarlı zəmanət təklifi ilə müştəriləri arasında etibar qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR