Paşha Bank
Bank Of Baku

Ali Məhkəmədə baxılan mülki, iqtisadi və hərbi işlərin sayı azalıb, inzibati və cinayət işlərinin sayı artıb

Ali Məhkəmədə baxılan mülki, iqtisadi və hərbi işlərin sayı azalıb, inzibati və cinayət işlərinin sayı artıb
# 15 may 2019 16:10 (UTC +04:00)

Ali Məhkəmənin Mülki kollegiyasında 2018-ci ilin birinci rübündə 2069 mülki işə baxılıbsa, cari ilin birinci rübündə bu rəqəm 1837 təşkil edib. 

Bunu ONA-ya müsahibəsində Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R. Rzayev bildirib ki, bu, 232 (11.2%) mülki iş azalma deməkdir: “İnzibati-İqtisadi kollegiyada iqtisadi mübahisələrlə bağlı 2018-ci ilin birinci rübündə baxılmış işlərin sayı 150 iş, 2019-cu ilin həmin dövrü üçün isə 33 (22%) iş azalaraq 117 iş təşkil edib. Bu kollegiyada 2018-ci ilin birinci rübündə 526 inzibati işə baxılıb, 2019-cu ildə müvafiq dövr üçün bu rəqəm 185 (35,2%) iş artmaqla 711 iş təşkil edib. Cinayət kollegiyasında 2018-ci ilin birinci rübündə 415 işə baxıldığı halda, 2019-cu ilin birinci rübündə bu rəqəm 124 (29,9%) iş artaraq 539 olub. Hərbi kollegiyada 2018-ci ilin müvafiq dövründə 38 işə baxılıb, 2019-cu ilin birinci rübündə isə bu, 13 (34,2%) iş azalaraq 25 iş təşkil edib”.

R. Rzayev qeyd edib ki, Ali Məhkəmənin Mülki kollegiyasında 2018-ci ilin birinci rübündə 276 məhkəmə aktı, 2019-cu ilin birinci rübündə isə 96 (34,8%) məhkəmə aktı artmaqla 372 məhkəmə aktı ləğv olunub: “İnzibati- İqtisadi kollegiyada iqtisadi mübahisələrlə bağlı 2018-ci ilin birinci rübündə 40 məhkəmə aktı, 2019-cu ilin birinci rübündə isə 15 (37.%) məhkəmə aktı azalaraq 25 məhkəmə aktı ləğv edilib. İnzibati işlər üzrə 2018-ci ilin birinci rübündə 170 məhkəmə aktı, 2019-cu ilin birinci rübündə isə 44 (25,9%) məhkəmə aktı artmaqla 214 məhkəmə aktı ləğv olunub. Cinayət kollegiyasında 2018-ci ilin birinci rübündə 50 məhkəmə aktı ləğv olunub, 2019-cu ilin birinci rübündə isə 7 (14%) məhkəmə aktı azalmaqla 43 məhkəmə aktı ləğv edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR