İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ baş verib

İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ baş verib
# 27 sentyabr 2012 12:33 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bu gün səhərə yaxın İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ baş verib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, təbii fəlakət yerli vaxtla saat 04:25-də qeydə alınıb.

Rixter şkalası üzrə 4,5 bal gücündə olan zəlzələnin episentri yenə də Vərzigan şəhəri olub. Zəlzələ şəhərdən 13 kilometr uzaqlıqda 19 km dərinlikdə baş verib. Təbii fəlakət nəticəsində dağıntı və tələfat yoxdur.

Qeyd edək ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Nəticədə rəsmi rəqəmlərə görə, 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR