Dow Jones indeksi 0,8%, S&P 500 1,0%, Nasdaq 1,5% enib

Dow Jones indeksi 0,8%, S&P 500 1,0%, Nasdaq 1,5% enib
# 10 oktyabr 2012 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 13 474 bəndədək, S&P 500 1,0% - 1 442 bəndədək, Nasdaq 1,5% - 3 065 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına Beynəlxalq Valyuta Fondunun icmalında 2012-ci il üçün dünya iqtisadiyyatının artım tempinin 0,2 faiz bəndi azaldılaraq 3,3% səviyyəsində proqnozlaşdırmasının mənfi təsiri davam edib. Bundan əlavə məlum olub ki, Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri regionun problemlərini müzakirələrini davam etdirib, lakin hələlik hər hansı bir konkret qərarları qəbul etməyiblər. Bu amil də fond bazarına mənfi təsir göstərib.

Avropa fond bazarlarında oktyabrın 9-da FTSE 100 indeksi 0,5% - 5 810 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 235 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 383 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 766,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2858 (-1,0%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR