«Nosister» tufanı Nyu-Yorku vurub

«Nosister» tufanı Nyu-Yorku vurub
# 08 noyabr 2012 02:56 (UTC +04:00)
Bakı-APA. Dağıdıcı «Sendi» qasırğasından sonra özünə gəlməmiş Nyu-Yorku «Nosister» tufanı vurub.

Nyu-York meri Maykl Blumberq yeni təbii fəlakətin «Sendi»dən dəfələrlə zəif olduğunu və ona görə əhalinin təxliyə olunmayacağını bildirib. Lakin əhali tufandan ehtiyat edərək şəhər küçələrinə çıxmır.

«Nosister»in gücü ABŞ sahillərinə yaxınlaşarkən zəifləyib. Tufan öz istiqamətin Atlantik okeanına tərəf götürüb. Buna baxmayaraq, rəsmilər elektrik enerjisinin verilməsinə fasilələr yarana biləcəyi barədə xəbərdarlıq ediblər.

Ötən həftə ABŞ-ın şərq sahillərini vuran «Sendi» qasırğası 100-dən artıq insanın ölümünü səbəb olmuşdu. Hazırda Nyu-Yorkda yarım milyona yaxın insan elektriksizdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR