Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 02 noyabr 2012 08:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 55 faizini təşkil edir.

Noyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 123 m3/s, ongünlük normanın 66 faizini təşkil edir.

Noyabrın 2-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. Kür çayının aşağı axınında da suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının səviyyəsi Surra məntəqəsində 8 sm, Şirvanda 3 sm, Salyanda 4 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artıb, Bankədə isə suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 341 sm, Şirvanda 195 sm, Salyanda 150 sm, Bankədə 196 sm, Araz çayının Novruzlu məntəqəsində isə 167 sm təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR