Pakistanın milli irs və inteqrasiya naziri: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində rəsmi Bakının tutduğu mövqeyi hər zaman dəstəkləyirik”

Pakistanın milli irs və inteqrasiya naziri: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində rəsmi Bakının tutduğu mövqeyi hər zaman dəstəkləyirik”
# 07 sentyabr 2012 10:33 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Pakistanın milli irs və inteqrasiya naziri Samina Xalidhurki ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə turizm və mədəni irs sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb, iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən danışılıb.

Ə. Qarayev son illər Pakistandan Azərbaycan gələn turistlərin sayının xeyli artdığını söyləyib. Nazir, bu görüşdən sonra hər iki ölkəni ziyarət edəcək turistlərin sayında daha böyük artım müşahidə olunacağına inandığını deyib. Pakistanın milli irs və inteqrasiya naziri isə Azərbaycanda olmasından məmnunluğunu bildirib. Ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyən qonaq, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində rəsmi Bakının tutduğu mövqeyi hər zaman dəstəklədiklərini diqqətə çatdırıb. Samina Xalidhurki 2012-ci ilin fevralında Pakistan parlamentinin dünyada ilk dəfə olaraq Xocalı faciəsini soyqırım kimi tanıdığını xatırladıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR