İran prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

İran prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək
# 06 avqust 2012 14:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran prezidenti Mahmud Əhmədinejad Səudiyyə Ərəbistanında keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısında iştirak edəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Məhəmmədrza Furkani açıqlama verib. O bildirib ki, M. Əhmədinejad Səudiyyə Ərəbistanının kralının dəvəti ilə Məkkəyə səfər edəcək.

Qeyd edək ki, avqustun 14-15-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR