Azərbaycan Dillər Universitetində Çinşünaslıq ixtisası açılıb

Azərbaycan Dillər Universitetində Çinşünaslıq ixtisası açılıb
# 30 avqust 2012 11:30 (UTC +04:00)
Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ADU-da Çinşünaslıq ixtisasının açılması, habelə bu ali təhsil ocağında Çin mədəniyyəti və dil mərkəzinin yaradılması, gələcəkdə müəllim-tələbə mübadiləsi haqda fikir mübadiləsi aparılıb.

S. Seyidov 2012-2013-cü yeni tədris ilində ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Çinşünaslıq ixtisası üzrə tələbələrin qəbul olunduğunu diqqətə çatdırıb. Rektor bu ixtisas üzrə ADU-da təhsil alacaq 10 tələbənin siyahısını səfirə təqdim edib. O, tələbələrin universitetə yüksək balla daxil olduqlarını vurğulayıb, Çinşünaslıq ixtisasında təhsil alacaq tələbələrin Çin dili ilə yanaşı, ölkənin tarixi və mədəniyyətini də dərindən öyrənəcəklərini bildirib.

Öz növbəsində, səfir ADU-da Çin mədəniyyəti və dil mərkəzinin açılmasının əlaqələrin inkişafı üçün böyük və vacib layihə olduğunu bildirib. O, ADU-da Çin dilinin tədrisinin aparılmasını yüksək qiymətləndirib. Müxtəlif sahələr üzrə mütəxəssis hazırlığını vacib sayan səfir Çinşünaslıq ixtisasının açılmasından məmnun olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR