Rusiya ali məktəblərinə qəbul olunmuş 12 azərbaycanlı gənc ölkəyə geri qaytarılıb

Rusiya ali məktəblərinə qəbul olunmuş 12 azərbaycanlı gənc ölkəyə geri qaytarılıb
# 14 sentyabr 2012 09:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O, təəssüflə vurğulayıb ki, Rusiyanın maddi imkanı yalnız 10 nəfəri qəbul etməyə imkan verib: “Onlar TQDK-dan bu yerlərin sayının azaldılmasını xahiş etdilər. Biz onları topladıqları ballara uyğun olaraq Azərbaycanın ali məktəblərinə yerləşdirdik və əmrlərini verdik. Rusiya diplomatik yolla bildirdi ki, artıq 20 azərbaycanlını deyil, 10 azərbaycanlını oxudacaq”.

TQDK sədri qeyd edib ki, Rusiya ali məktəblərinin magistraturalarına qəbul olunmuş 2 nəfər də ölkəyə geri qaytarılıb.

M. Abbaszadə bildirib ki, TQDK Heydər Əliyev Fondu ilə birlikdə Litva ali məktəblərinə azərbaycanlı tələbələrin qəbulunu aparıb. Həmin ölkənin ali məktəblərinə 15-dək azərbaycanlı qəbul olunub. Amma həmin şəxslər dövlət hesabına deyil, öz hesablarına təhsil alacaqlar. Heydər Əliyev Fondu həmin tələbələrə maddi dəstək göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR