Azərbaycanda bankların məcmu aktivləri 17% artıb

Azərbaycanda bankların məcmu aktivləri 17% artıb
# 19 oktyabr 2012 14:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivləri 2012-ci ilin sentyabrın 1-nə 15 513,85 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bank aktivləri ötən ilin sentyabrın əvvəli ilə müqayisədə 2,211 mlrd. manat və ya 16,6% artıb, o cümlədən bu ilin əvvəlindən 1 567,04 mln. manat və ya 11,2% artıb:



Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi sentyabrın 1-nə 9 963,3 mln. manat (xüsusi çəkisi 64,2%), müxbir hesabları 1 049,4 mln. manat (6,8%), investisiyaların həcmi 1 226,6 mln. manat (7,9%), nağd vəsaitlər 637,3 mln. manat (4,1%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 662,8 mln. manat (4,3%), digər aktivlər isə 1 974,5 mln. manat (12,7%) təşkil edib.

Kommersiya banklarının passivlərinin 85,0%-i bankların öhdəliklərinin payına düşür. Belə ki, bankların öhdəliklərinin həcmi 13 189,29 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində depozitlər 6 897,7 mln. manat, maliyyə sektorundan alınmış kredit və depozitlər 4 679,5 mln. manat, digər öhdəliklər 1 612,1 mln. manat təşkil edib. Bankların məcmu kapitalı 2012-ci ilin sentyabrın 1-nə 2 324,6 mln. manata bərabər olub.

Aktivlərin strukturunun tərkib hissələrinin aylıq dinamikasının təhlili aylıq artımın əsasən kreditlər hesabına baş verdiyini göstərir. Belə ki, avqust ayında aktivlərin həcmi 535,3 mln. manat təşkil edib ki, bunun da 343,9 mln. manatı müştərilərə verilən kreditlərin payına düşür. Qeyd edək ki, müştərilərə verilən kreditlərinin avqustdakı artımı bu il ərzində müşahidə olunan ən yüksək artım göstəricisidir ki, bu da kreditləşmənin avqustda nəzərə çarpan dərəcədə canlanmasını əks etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR