Rusiya Xəzər donanmasını yeni avadanlıqla təchiz edir

Rusiya Xəzər donanmasını yeni avadanlıqla təchiz edir
# 03 noyabr 2012 14:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Rusiya Xəzər donanmasında «Podsolnux» radiolokasiya stansiyalarını silahlanmaya daxil edəcək.

APA-nın məlumatına görə, bunu Rusiyanın Xəzərdəki Hərbi-Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Alekminskiy deyib.

Komandan bildirib ki, yaxın vaxtlarda radiolokasiya stansiyalarının istismarına başlanıla bilər. O, əlavə edib ki, Xəzər donanmasında daha bir yenilik, «Bal» raket kompleksindən ibarət divizionun yaradılması olub və yaxın vaxtlarda daha bir divizionun formalaşdırılması prosesinə start veriləcək.

A.Alekminskiy bildirib ki, hazırda donanmanın pilotsuz uçuş aparatları ilə təmin olunması məsələsi də gündəmdədir. O, bununla bağlı yuxarı komandanlıq qarşısında təkliflə çıxış etdiklərini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR