ARDNŞ Gürcüstandakı parlament seçkilərinin nəticələrinin şirkətin bu ölkədə həyata keçirdiyi layihələrə təsir edəcəyinə inanmır

ARDNŞ Gürcüstandakı parlament seçkilərinin nəticələrinin şirkətin bu ölkədə həyata keçirdiyi layihələrə təsir edəcəyinə inanmır
# 09 oktyabr 2012 14:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) öz investisiya layihələrini beynəlxalq standartlara və fəaliyyət göstərdiyi ölkələrin qanunları əsasında həyata keçirir.

«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanda parlament seçkilərində müxalifətin qalib gəlməsinin ARDNŞ-ın layihələrinə təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən bildirib: «Dövlət Neft Şirkətinin layihələri heç bir vəzifə dəyişikliyindən asılı deyil».

«Mən gözləmirəm ki, bizim layihələrdə hər hansı bir dəyişiklik olsun. Biz Gürcüstanda ən böyük vergi ödəyicisiyik, burada ən böyük layihələr həyata keçiririk. İnanmıram ki, kimsə «qızıl yumurta» gətirən toyuğu öldürsün», - deyə R.Abdullayev bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR