Ombudsmanın nümayəndələri DİN-in nəzdində olan bir sıra müəssisələrə başçəkmə həyata keçirib

Ombudsmanın nümayəndələri DİN-in nəzdində olan bir sıra müəssisələrə başçəkmə həyata keçirib
# 17 avqust 2012 09:38 (UTC +04:00)
Bakı-APA. Ompudsmanın Milli Preventiv Mexanizm (MPM) Qrupunun üzvləri Daxili İşlər Nazirliyinin nəzdində olan bir sıra müəssisələrə başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti Saxlanma Təcridxanasına (MST), həmin idarənin 4-cü və 7-ci polis bölmələrinə, Nərimanov RPİ-nin MST-sinə, həmin idarənin 16-ci va 17-ci polis bölmələrinə, Yasamal RPİ-nin MST-sinə, həmin idarənin 26-cı, 27-ci va 29-cu polis bölmələrinə başçəkmə zamanı orada saxlanılan şübhəli və təqsirləndirilən şəxslər rəftar və şəraitdən şikayət etməmişlər. Eyni zamanda onların saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanışlıq zamanı pozuntu aşkar edilməyib.

Qeyd olunub ki, Nərimanov RPİ-nin 16 və 17-ci polis bölmələrinin inzibati binalarına baxış zamanı buranın yeni istifadəyə verildiyi, müvəqqəti saxlanılma otaqlarının isə müasir tələblərə cavab verdiyi müəyyən edilib.
Son zamanlar Daxili İşlər Nazirliyinin tabeliyində olan azadlığın məhdudlaşdırılması yerlərinin müasir tələblərə uyğunlaşdırılması Ombudsman tərəfindən müsbət qiymətləndirilir. MPM Qrupunun üzvləri şəraitin daha da təkmilləşdirilməsi istiqamətində müəssisə rəhbərlərinə tövsiyələr veriblər.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər nazirinə müraciət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR