Azərbaycanda hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatına dair qanun qəbul ediləcək

Azərbaycanda hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatına dair qanun qəbul ediləcək
# 25 sentyabr 2012 12:55 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə Komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, Komitə sədri, MM sədrinin I müavini Ziyafət Əsgərov bildirib ki, parlamentdə “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır. Qanun layihəsi MM-in Təhlükəsizlik və müdafiə Komitəsinin payız sessiyasının qanunvericilik işləri planına salınıb. O bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsində hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatı məsələləri daha geniş əksini tapacaq: “Çünki “Hərbi qulluqçuların statusu haqqında” mövcud qanun ötən əsrin 90-cı illərində qəbul olunub və təkmilləşdirilməsinə ciddi ehtiyac var”.

Komitə sədri həmçinin MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsi ötən əsrin 90-cı illərində qəbul olunmuş qanunların monitorinqini apardığını da qeyd edib: “Monitorinq başa çatdıqdan sonra lazımi layihələr işlənəcək və rəy alınması üçün müvafiq qurumlara göndəriləcək”.

İclasda eyni zamanda, parlamentin yaz və növbədənkənar sessiyalarında görülən işlərin hesabatı da verilib.

Müzakirələrdən sonra deputatlar yaz və növbədənkənar sessiyaların hesabatını qəbul edib, işlər planını təsdiqləyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR