Bolqarıstan avrozonaya daxil olmağı təxirə salıb

Bolqarıstan avrozonaya daxil olmağı təxirə salıb
# 04 sentyabr 2012 11:56 (UTC +04:00)
Bakı - APA-Economics. Bolqarıstan avrozonaya daxil olmaq planlarını təxirə salıb. “APA-Economics”in xəbərinə görə, bunu “The Wall Street Journal”a müsahibəsində ölkənin maliyyə naziri Simeon Dyankov bildirib.

Onun sözlərinə görə, hazırda regionda dava edən maliyyə böhranı səbəbindən avrozonaya daxil olmaqda heç bir fayda görmür: “Əksinə, yalnız əlavə xərcə düşəcəyik”.

Nazir qeyd edib ki, avrozonada oyun qaydaları daim dəyişir və Bolqarıstanın bu valyuta blokuna qoşulması çox riskli olardı: “Xalqımız bilmək istəyir ki, biz kimisə defoltdan xilas etməli olmayacağıq ki?”

Qeyd edək ki, Polşa da avrozonaya yalnız qitənin maliyyə problemləri açıqlandıqdan sonra qoşula biləcəyini açıqlayıb.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa Birliyi Yunanıstan, İrlandiya və Portuqaliyaya irihəcmli yardım etmək məcburiyyətində qalıb. Hazırda Avropa Birliyinə üzv olan 27 ölkədən 17-si avrozonaya daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR