Bank Of Baku

BMT Baş Assambleyasının sədri Gürcüstanı təcavüzkar adlandırıb

BMT Baş Assambleyasının sədri Gürcüstanı təcavüzkar adlandırıb
# 17 sentyabr 2008 07:43 (UTC +04:00)
Nyu-York-APA. “Gürcüstan Cənubi Osetiya ərazisinə soxulmaqla təcavüz aktı gerçəkləşdirib və BMT Nizamnaməsini kobud şəkildə pozub”. APA-nın məlumatına görə, bu fikirləri BMT Baş Assambleyasının sədri qismində ilk mətbuat konfransını keçirən Nikaraquanın sabiq xarici işlər naziri Miqel Deskoto Brokman söyləyib. O, çıxışında ABŞ-ın dünyada gedən son proseslərdə tutduğu rolu kəskin tənqid edib: “Görünür veto hüququna malik olmaq ABŞ-ın başını elə gicəlləndirib ki, bu ölkə nəticəsindən asılı olmayaraq istənilən hərəkəti edə biləcəyini düşünür”. Miqel Deskoto Brokman təcili olaraq BMT Təhlükəsizlik Şurasının strukturunda islahatlar aparılmasını vacibliyini vurğulayıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 5 daimi və 10 müvəqqəti üzvdən ibarətdir. Daimi üzvlər ABŞ, Çin, Fransa, Böyük Britaniya və Rusiya istənilən qərara veto qoymaq hüququna malikdir. Bu strukturun tərkibi 63 ildir dəyişməz qalıb. BMT Baş Assambleyasının 15 iyulda keçirilən qapalı iclasında Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə dair hökumətlər arasında danışıqların başlanması barədə qərar qəbul olunub.

Xatırladaq ki, Nikaraqua Rusiyadan sonra Gürcüstandakı separatçı rejimlərin müstəqilliyini tanıyan yeganə ölkədir. Bəzi ölkələr, o cümlədən Ermənistan, Belarus və Venesuela Rusiyanın tanıma qərarını dəstəkləsələr də, hələlik separatçı rejimlərin tanınması barədə qərar qəbul etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR