Bank Of Baku

ABŞ və Ukrayna arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb

ABŞ və Ukrayna arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb
# 20 dekabr 2008 08:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ABŞ-la Ukrayna arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb. APA-nın Ukrayna KİV-nə istinadən məlumatına görə, Vaşinqtonda imzalanmış sənəddə ABŞ-ın Ukrayna ilə əlaqələrini dərinləşdirmək istəyi nümayiş olunur, müdafiə, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, demokratiya və mədəni mübadilə sahəsində ikitərəfli əlaqələrin vacibliyi vurğulanır.

Bundan əlavə, ABŞ Ukraynanın NATO-ya qəbul olmaq istəyinə dəstək verəcəyi barədə öhdəlik götürüb. Bununla bağlı Vaşinqton Krımda öz diplomatik missiyasını yaratmaq barədə düşünür.

Xartiyanı ABŞ dövlət katibi Kondoliza Rays və Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR