Bank Of Baku

Hillari Klintonun iki müavini müəyyənləşib

Hillari Klintonun iki müavini müəyyənləşib
# 24 dekabr 2008 08:03 (UTC +04:00)
Vaşinqton – APA. Yeni administrasiyada Hillari Klintona dövlət katibi vəzifəsini etibar edən Barak Obama artıq onun iki müavinini də müəyyənləşdirib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, keçmiş prezident Bill Klintonun administrasiyasında da çalışmış Ceyms Staynberq və Cekob Lyu dövlət katibinin müavini olacaqlar. Beynəlxalq münasibətlər sahəsində nüfuzlu ekspert sayılan C. Staynberq birinci müavin vəzifəsini tutacaq. Hazırda Texas Universitetinin ictimaiyyətlə əlaqələr fakültəsinin dekanı olan C. Staynberq 1996-2000-ci illərdə prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində, bundan əvvəl də Dövlət Departamentində çalışıb. İxtisasca maliyyəçi olan C. Lyu isə iqtisadi məsələlərlə məşğul olacaq.

Qeyd edək ki, Hillari Klinton Corc Buşun hakimiyyət illərində rolu zəifləyən Dövlət Departamentinin əvvəlki nüfuzunu və gücünü bərpa etmək niyyətində olduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR