Bank Of Baku

Çikaqoda məşhur qanqster Al Kaponenin evi satışa çıxarılıb

Çikaqoda məşhur qanqster Al Kaponenin evi satışa çıxarılıb
# 26 dekabr 2008 09:19 (UTC +04:00)
Çikaqo-APA. Məşhur amerikalı qanqster Al Kaponenin 1923-1931-ci illərdə yaşadığı ev satışa çıxarılıb. APA-nın məlumatına görə, Çikaqonun ən məşhur binalarından biri olan - kərpiç evi satışa hazırda orada yaşayan 71 yaşlı Barbara Xoqsett çıxarıb. Xanım Xoqsett bu məşhur evi 1963-cü ildə 29,500 dollara alıb. Daşınmaz əmlak reyestrindəki qeydlərə görə, Al Kapone ailəsi bu evi 1923-cü ildə 5,500 dollara alıb. Al Kapone o zaman hələ çox cavan olsa da, onun haqqında əfsanələr artıq bütün ölkəni dolaşıb. 1927-ci ildə Kapone artıq Çikaqonun ən nüfuzlu qanqsterlərindən biri hesab olunub. O, həbs olunduğu 1931-ci ilə kimi bu evdə yaşayıb. 1951-ci ilə kimi ev Al Kaponenin anasını mülkiyyətində olub. Onun ölümündən sonra ev banklardan birinin mülkiyyətinə keçib. Evin hazırkı sahibi Barbara Xoqsett 29,500 dollar ödədiyi evdə əvvəllər kimin yaşadığından xəbərsiz olub. Onun sözlərinə görə, evin tarixini araşdıran zaman burada Al Kaponenin ailəsinin yaşadığını dəqiqləşdirib. Evdə Al Kaponenin əşyalarından uzun stol və telefon aparatları hələ də qalmaqdadır. Al Kaponenin evinə 450 min dollar qiymət qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR