Bank Of Baku

Politoloq: “Gələn il ABŞ-da vətəndaş müharibəsi başlayacaq, 2010-cu ildə ölkə parçalanacaq”

Politoloq: “Gələn il ABŞ-da vətəndaş müharibəsi başlayacaq, 2010-cu ildə ölkə parçalanacaq”
# 30 dekabr 2008 09:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu proqnozlar Rusiyadan olan politoloq İqor Panarinə məxsusdur. Panarinin ehtimallarına görə, ABŞ-ın parçalanması nəticəsində ölkənin qərbində Çinin təsiri altında olacaq “Kaliforniya Respublikası” və Meksikanın təsiri altında olan “Texas Respublikası”, ölkənin şərqində Vaşinqton və Nyu-York da daxil olmaqla Avropa İttifaqının təsir dairəsində olan “Atlantik Amerika”, Kanadanın təsir dairəsində olan “Mərkəzi Şimali Amerika Respublikası”, Yaponiya və ya Çinin təsiri altında olan “Havay Respublikası” və Rusiyaya birləşəcək “Alyaska Respublikası” yaranacaq.

Panarin hazırda Birləşmiş Ştatların altı hissəyə parçalanması ehtimalının 45-55 faiz olduğunu bildirib: “ABŞ-ın parçalanması bəzilərini xoşbəxt edə bilər, amma bu, Rusiya üçün ən yaxşı ssenari deyil. Düzdür, bu zaman Rusiya dünyanın ən güclü dövləti olacaq, amma dollara və ABŞ-la ticarətə əsaslanan iqtisadiyyatı ciddi zərər görəcək Bütün dünya Barak Obamadan möcüzələr gözləyir, payızda hər kəs möcüzə baş vermədiyinə əmin olacaq”. Qeyd edək ki, İqor Panarin sabiq DTK əməkdaşıdır və Amerika iqtisadiyyatı ilə bağlı tədqiqatlar aparır. ABŞ-Rusiya münasibətləri ilə bağlı mediada tez-tez açıqlamalar verən İqor Panarin Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında dekan vəzifəsində çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR