Bank Of Baku

79 yaşlı kişi vəfat edən gün lotereyada 10 milyon dollar pul udub

79 yaşlı kişi vəfat edən gün lotereyada 10 milyon dollar pul udub
# 05 yanvar 2009 09:20 (UTC +04:00)
Vaşinqton-APA. 79 yaşlı ABŞ vətəndaşı Donald Peters vəfat edən gün lotereyada 10 milyon dollar udub. APA-nın məlumatına görə, 20 ildir hər həftə iki ədəd lotereya bileti alan Donald Peters uduş keçirilən gün infarkt keçirərək vəfat edib. Dəfn işlərinə başı qarışan ailə üzvləri biletləri yoxlamağı unudublar. Dəfn mərasimi başa çatdıqdan sonra mərhumun həyat yoldaşı, 59 yaşlı Şarlotta Peters biletləri zibil qutusuna atmazdan əvvəl yoxlamaq qərarına gəlib. Biletlərdən birinə 10 milyon dollar uduş düşdüyünü görən Şarlotta Peters sevincdən şoka düşüb. Jurnalistlərə açıqlama verən xanım Peters udduqları puldan necə istifadə edəcəklərini hələ düşünmədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR