Bank Of Baku

ABŞ-ın Respublikaçılar Partiyasının Milli Komitəsinə ilk dəfə afroamerikalı sədr seçilib

ABŞ-ın Respublikaçılar Partiyasının Milli Komitəsinə ilk dəfə afroamerikalı sədr seçilib
# 31 yanvar 2009 10:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ABŞ-ın Respublikaçılar Partiyası Milli Komitəsinin sədri vəzifəsinə ölkə tarixində ilk dəfə afroamerikalı Maykl Stil seçilib. APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, respublikaçıların yeni lideri bildirib ki, ölkənin gələcəyinə inanan amerikalılar və bununla razılaşmayanlar tamamilə yeni bir zamanın çatdığını bilməlidir: «Biz onlara bunu nümayiş etdirəcəyik». O həmçinin deyib ki, bunun öhdəsindən təklikdə gələ bilməz. M.Stil bu seçkiləri tarixi adlandırıb və partiyanın inkişafına yeni istiqamət verəcəyinə söz verib. Merilend ştatının keçmiş vitse-qubernatoru, 50 yaşlı M.Stil özünü «Linkoln tipli respublikaçı» hesab edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR