Bank Of Baku

ABŞ-ın dövlət katibi Hillari Klinton ilk rəsmi səfərini Yaponiyaya edəcək

ABŞ-ın dövlət katibi Hillari Klinton ilk rəsmi səfərini Yaponiyaya edəcək
# 02 fevral 2009 07:55 (UTC +04:00)
Vaşinqton-APA. Hillari Klinton ABŞ dövlət katibi postunda ilk rəsmi səfərini Yaponiyaya edəcək. APA-nın məlumatına görə, bu seçim ABŞ administrasiyasının Yaponiya ilə münasibətlərə xüsusi diqqət yetirəcəyi kimi dəyərləndirilir. Hillari Klinton baş nazir Taro Aso və xarici işlər naziri Xirofumi Nakasone ilə Şimali Koreyanın nüvə proqramı və Əfqanıstanda münaqişənin nizamlanması məsələlərini müzakirə edəcək. Dövlət katibinin Yaponiyadan sonra Cənubi Koreya və Çinə səfəri planlaşdırılır. Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezidenti Barak Obama Dövlət Departamentində çıxışı zamanı ölkənin xarici siyasət kursunda əsas diqqətin Əfqanıstan və Pakistana yönəldiləcəyini bildirib. Bundan başqa Vaşinqton prioritet sahə olaraq İranın nüvə problemini də diqqət mərkəzində saxlamaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR