Bank Of Baku

Davos Forumunda aparıcılıq etmiş “Eurasia Group”un prezidenti beynəlxalq qalmaqal yaradan David İqnatiusu tənqid edib

Davos Forumunda aparıcılıq etmiş “Eurasia Group”un prezidenti beynəlxalq qalmaqal yaradan David İqnatiusu tənqid edib
# 02 fevral 2009 08:38 (UTC +04:00)
Vaşinqton. Zaur Həsənov - APA. Davos İqtisadi Forumunda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qatıldığı paneldə aparıcılıq etmiş “Eurasia Group” şirkətinin prezidenti Yan Bremmer Qəzza mövzusunda keçirilən panelin aparıcısı David İqnatiusu tənqid edib. APA-nın ABŞ bürosunun xəbərinə görə, www.foreignpolicy.com internet saytında dərc etdiyi məqaləsində Y. Bremmer Davos kimi forumlarda aparıcıların üzərinə böyük məsuliyyət düşdüyünü deyib. O, Azərbaycan və Türkiyə prezidentlərinin iştirak etdiyi paneli misal gətirərək dövlət başçılarına çıxış üçün ayrılan vaxt barədə əvvəlcədən bilgi verdiyini söyləyib. Y. Bremmer panelə qatılan liderlərdən suallara 2 dəqiqə ərzində cavab vermələrini xahiş edib. Türkiyənin baş naziri 2 dəqiqənin az olduğundan şikayətlənsə də, cavablarını 2 dəqiqəlik çərçivədə saxlamağa müvəffəq olub. Qəzza mövzusunda keçirilən panelə toxunan Y. Bremmer İsrail prezidenti Şimon Peresin yarım saat çıxış etdiyini, aparıcı David İqnatiusun ona istədiyi qədər danışmaq imkanı verdiyini, R. T. Ərdoğan münasibət bildirmək istədikdə isə onun sözünü kəsdiyini xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR