Bank Of Baku

ABŞ hökuməti silahlanmaya ayrılan vəsaiti azaltmağı planlaşdırır

ABŞ hökuməti silahlanmaya ayrılan vəsaiti azaltmağı planlaşdırır
# 03 fevral 2009 10:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. ABŞ hökuməti silahlanmaya yönəltdiyi vəsaitlərin həcmini azaltmağı planlaşdırır. APA-nın məlumatına görə, bu barədə ABŞ Senatının silahlanma üzrə komissiyasının sədri Karl Levin bildirib. Onun sözlərinə görə, orduda personalın sayının azaldılması planlaşdırılmır. Sadəcə olaraq, hökumət maliyyə böhranı ilə əlaqədar çox vəsait tələb edən bəzi proqramları, o cümlədən Raket Hücumlarından Müdafiə Proqramını ixtisar etmək niyyətindədir.

Komitə sədri bildirib ki, silahlanma üzrə Senat Komissiyası yaxın Rusiya ilə müştərək raket hücumlarında müdafiə proqramına daxil olma yollarını araşdıracaq: “Rusiya ilə əlaqələri genişləndirmək üçün böyük potensial var. Artıq Obama administrasiyası bu ideyaya dəstək verir”.

Qeyd edək ki, Rusiya ABŞ-a Avropada Raketdən Müdafiə Sistemləri əvəzinə Azərbaycanda yerləşən Qəbələ radiolokasiya stansiyasından birgə istifadə etməyi təklif etmişdi. Bununla bağlı 2007 və 2008-ci illərdə müzakirələr aparılsa da, tərəflər yekdil fikrə gələ bilməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR