Bank Of Baku

Barak Obamanın bibisi ABŞ-dan deportasiya edilə bilər

Barak Obamanın bibisi ABŞ-dan deportasiya edilə bilər
# 03 fevral 2009 15:23 (UTC +04:00)
Vaşinqton – APA. “Amerikalılar leqal immiqrasiya uğrunda” adlı ictimai təşkilat ABŞ prezidenti Barak Obamaya müraciət edərək ölkədə qanunsuz yaşayan keniyalı bibisini deportasiya etməsini istəyib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, B. Obamanın bibisi Zeytuni Onyanqonun ABŞ-da qeyri-leqal yaşadığı hələ prezident seçkilərindən əvvəl məlum olub. Bostonda yaşayan Z. Onyanqo 2004-cü ildə qaçqın statusu almaq üçün müraciət etsə də, bu müraciət təmin olunmayıb. Amma o, ABŞ-ı tərk etməyib. Miqrasiya orqanları seçki zamanı qalmaqal yaratmamaq üçün bu məsələyə baxılmasını təxirə salsalar da, sonradan işi məhkəməyə göndəriblər. Məhkəmə dinləmələri aprelin 1-nə təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR