Bank Of Baku

Pentaqon sözçüsü Elizabet Hibner: “ABŞ-ın Gürcüstanda hərbi qüvvələr yerləşdirməsi barədə məlumatlar əsassızdır” - EKSKLÜZİV

Pentaqon sözçüsü Elizabet Hibner: “ABŞ-ın Gürcüstanda hərbi qüvvələr yerləşdirməsi barədə məlumatlar əsassızdır” - <font color=red>EKSKLÜZİV</font>
# 04 fevral 2009 07:28 (UTC +04:00)
Bu açıqlamanı APA-nın ABŞ bürosuna Pentaqonun sözçüsü, polkovnik-leytenant Elizabet Hibner verib. Rusiya mətbuatında ABŞ-ın Gürcüstanda hərbi qüvvələr yerləşdirməsi barədə dərc olunan məlumatlara münasibət bildirən xanım Hibner bu xəbərləri əsassız adlandırıb: “Biz Gürcüstanda hərbi qüvvələr yerləşdirmirik. Müdafiə Nazirliyinin Avropa Komandalığı Gürcüstana təlim və qiymətləndirmə dəstələri göndərir. Lakin mən təsdiq edə bilmərəm ki, indi Gürcüstanda belə bir qrup var”. Elizabet Hibner yanvarın 9-da dövlət katibi Kondaliza Raysın öz gürcü həmkarı ilə “ABŞ-Gürcüstan strateji əməkdaşlıq planı” imzaladığını xatırladıb. Həmin sənəddə təhlükəsizlik sahəsində əməkdaşlığa dair maddənin olduğunu təsdiqləyən sözçü, həmin müqavilə əsasında Xarici İşlər Nazirliyinin xətti ilə görülən işlərdən məlumatsız olduğunu vurğulayıb.

Dövlət Departamentinin sözçüsü Robert Maktyorf bildirib ki, təmsil etdiyi nazirlikdə Gürcüstana hər hansı bir hərbi qüvvələrin yollanması barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən gün “Qafqaz-Press” agentliyi ABŞ-ın Poti və Marneuli şəhərlərində 90 il müddətinə hərbi bazalarını yaratmaq niyyətində olduğu barədə məlumat yayıb. 2002-ci ilin aprelində ABŞ 150 nəfərlik hərbi təlimatçısını 20 ay müddətinə Gürcüstana yollayıb. Lakin o zaman Pentaqon bildirib ki, Gürcüstana göndərilən hərbi təlimatçılar bu ölkənin qoşunlarının hərbi təlimi iə məşğul olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR