Bank Of Baku

Barak Obama respublikaçı senatoru ticarət naziri təyin edib

Barak Obama respublikaçı senatoru ticarət naziri təyin edib
# 04 fevral 2009 07:29 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ prezidenti Barak Obama Nyu-Hempşir ştatından olan respublikaçı senator Cadd Qreqi ticarət naziri təyin edib. APA-nın məlumatına görə, Cadd Qreqq Pentaqon rəhbəri Robert Qeyts və nəqliyyat naziri Rey Lahuddan sonra yüksək posta təyin olunan üçüncü respublikaçıdır. Barak Obama ticarət naziri postuna ilkin olaraq Nyu-Meksiko qubernatoru Bill Riçardsonun namizədliyini irəli sürsə də, onun vəzifədən sui-istifadə etməsinə dair faktlar aşkarlandıqdan sonra onun namizədliyindən imtina edilib. Qeyd edək ki, Cadd Qreqqin ticarət naziri təyin olunması ilə Barak Obama öz administrasiyasını formalaşdırmaq prosesini başa çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR