Bank Of Baku

Barak Obama səhiyyə naziri postuna layiqli namizəd seçmədiyini etiraf edib

Barak Obama səhiyyə naziri postuna layiqli namizəd seçmədiyini etiraf edib
# 04 fevral 2009 07:40 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ prezidenti Barak Obama səhiyyə naziri postuna seçiminin səhv olduğunu etiraf edib. APA-nın məlumatına görə, Tom Deşl ona təklif olunan vəzifədən imtina etdikdən sonra Barak Obama seçiminin səhv olduğunu vurğulayıb: “Baş verən hadisəyə görə məsuliyyəti tam olaraq öz üzərimə götürürəm. Çalışacağam ki, bir də belə hadisələr təkrar olmasın”. Xatırladaq ki, Tom Deşl səhiyyə naziri postundan imtina qərarını dünən açıqlayıb. İmtinaya səbəb Tom Deşlin 2005-ci ildə Senatda fəaliyyətini başa vurduqdan sonra 120 min dollarlıq vergi borcunu ödəməməsidir. Deşl bildirib ki, bu addımı ilə səhiyyə sahəsində ciddi islahatlara hazırlaşan Barak Obama administrasiyasının nüfuzuna xələl gətirməmək niyyəti güdür. Qeyd edək ki, bundan əvvəl vergi qalmaqalı ilə əlaqədar daha bir namizəd – Nensi Killifer də ona təklif olunan hökumət qərarlarının icrasına nəzarət xidmətinin rəhbəri postundan imtina etməli olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR