Bank Of Baku

ABŞ Rusiyaya hər iki ölkənin öz nüvə arsenalını 80 faiz azaltmağı təklif edəcək

ABŞ Rusiyaya hər iki ölkənin öz nüvə arsenalını 80 faiz azaltmağı təklif edəcək
# 04 fevral 2009 07:50 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ prezidenti Barak Obama Rusiyaya öz nüvə arsenalını 80 faiz ixtisara salmağı təklif etməyə hazırlaşır. APA-nın məlumatına görə, Rusiya bu təklifi qəbul edəcəyi halda ABŞ-da nüvə arsenalını eyni həcmdə ixtisar etmək niyyətindədir. ABŞ prezidenti hər iki ölkənin arsenalında olan nüvə başlıqlarının sayının mindən artıq olmamasını istəyir. Rusiya ilə nüvə arsenalının ixtisarına dair danışıqları Qeri Seymurun rəhbərlik etdiyi xüsusi komitə aparacaq. Adı çəkilən şəxs Klinton administrasiyasında nüvə silahının yayılmaması məsələləri ilə məşğul olub. İndiki danışıqların dövlət katibi Hillari Klintonun rəhbərliyi ilə Dövlət Departamentinin nəzarəti altında keçiriləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR