Bank Of Baku

ABŞ Konqresinin 4 üzvü uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qərar layihəsi hazırlayıb

ABŞ Konqresinin 4 üzvü uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qərar layihəsi hazırlayıb
# 06 fevral 2009 11:13 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ Konqresinin Nümayəndələr Palatasının 4 üzvü 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrin erməni soyqırımı kimi tanınmasını nəzərdə tutan qərar layihəsi hazırlayıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, demokrat konqresmenlər Frank Pallone, Adam Şiff, respublikaçı konqresmenlər Corc Radanoviç və Mark Kirk qərar layihəsini konqresmenlərin imzasına təqdim ediblər. Məsələ ilə bağlı ABŞ-da görüşlər keçirən Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin üzvü Suat Kınıklıoğlu bu il vəziyyətin bir qədər fərqli olduğunu deyib: “Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma, futbol diplomatiyası nəzərə alınmalıdır. Qərar layihəsinin Konqresdə gündəmə gətirilməsi bu baxımdan vaxtsız bir addım olar”. Nümayəndə heyətinin üzvü, millət vəkili Cüneyd Yüksəl Türkiyənin layihənin Konqresdən keçməməsi üçün əlindən gələni edəcəyini açıqlayıb. Heyətdə təmsil olunan millət vəkili Midhəd Melen isə bildirib ki, saxta “soyqırım”ın tanınması Türkiyə-Ermənistan dialoqunu öldürəcək və Türkiyədə anti-Amerika əhval-ruhiyyəsini artıracaq: “Məncə bu addım axmaqlıq olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR