Amerikalı ekspert: “Yəhudi lobbisi Türkiyənin üstündən asanlıqla xətt çəkə bilməz” - EKSKLÜZİV
- Baş nazir Ərdoğanın davranışlarının və bəyanatlarının arxasında iki təməl məsələ dayanır. Daxili siyasət prizmasından baxdıqda İsrail prezidenti Şimon Peresin yüksək səslə Ərdoğana müraciətlə “İstanbula raket atsalar, sən nə edərdin” kimi sərt ifadə səsləndirməsindən sonra baş nazir böyük ehtimalla fikirləşib ki, bu, mənim Türkiyədə lider imicimə yaraşmır. AKP iqtidara gəldikdən bu günə kimi Türkiyədə müxalif qüvvələr baş naziri ABŞ və İsrailin dedikləri ilə oturub-durmaqda ittiham edirdilər. AKP-nin Vaşinqton və Tel-Əvivə yaxın olması barədə ittihamlar müxalifətin keçirdiyi mitinqlərdə, televiziya çıxışlarında tez-tez bəyan olunurdu. Bu ittihamlar baş naziri narahat etməyə bilməz. Şimon Peresin Davosda baş nazirlə sərt danışması Türkiyədə müxalifətin əlinə əlavə əsaslar vermiş olardı. Bu səbəbdən baş nazir belə sərt reaksiya verdi. Ərdoğanın özündən çıxmasına təkan verən ikinci səbəb isə aparıcı David İqnatiusun ona söz verməməyə çalışması oldu. Bu, onu çox qəzəbləndirdi.
- İndiyə qədər Türkiyə ABŞ-ın müttəfiqi olan qərbyönümlü ölkə və bazar iqtisadiyyatı prinsipləri üzərində qurulan bir dövlət kimi tanınırdı. Amma AKP hakimiyyətə gəldikdən bəri Türkiyənin xarici siyasətində qeyri-standart istiqamətlər müşahidə olunur: Türkiyə HAMAS-la, İranla, Sudanla və digər ölkələrlə yaxın münasibətlər qurmağa başlayıb. Türkiyə öz xarici siyasi kursunu dəyişməkdədirmi?
- Türkiyə indi keçid mərhələsindədir - ölkənin regionda rolunu yenidən müəyyən edən konsepsiya reallaşır. Sovet İttifaqı dövründə niyə Türkiyə strateji ölkə sayılırdı? Çünki Sovet İttifaqı ilə həmsərhəd ölkə olaraq kommunizmlə mübarizə cəbhəsində mühüm rol oynayırdı. SSRİ dağıldıqdan sonra Türkiyə bu baxımdan əhəmiyyətini itirməkdə idi. Ona görə də yeni konsepsiya ortaya qoyuldu. Buna əsasən Türkiyə Yaxın Şərq, Balkanlar və Qafqazda mümkün qədər fəal rol oynamalıdır ki, əvəzolunmaz vasitəçi kimi həm Avropada, həm də Şərqdə və Qafqazda əhəmiyyətini artırsın. Baş nazir Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdə həmin konsepsiyanı aqressiv şəkildə reallaşdırmağa başladı. İndi əsas sual Türkiyə ilə İsrail münasibətlərinin necə inkişaf edəcəyi məsələsidir. Bir neçə gün əvvəl Ərəb Dövlətləri Liqası xarici işlər nazirlərinin toplantısında bəyan olundu ki, ərəb olmayan ölkələr ərəblərin daxili işlərinə qarışmamalıdır. Bu da Türkiyəyə bir mesaj idi. Türkiyə baş nazirinin Davos bəyanatı onu ərəb xalqları arasında Camal Əbdülnasir kimi çox məşhurlaşdırıb. Bu da ərəb liderlərini narahat edir. Çünki onların əksəriyyəti öz xalqlarının gözündə bacarıqsız, Fələstin münaqişəsindən baş aça bilməyən, ABŞ-ın təsiri altında olan korrupsiyalaşmış başçılar kimi görünürlər. Ona görə də baş nazir Ərdoğanın Davosdakı demarşı onun həm İsrail, həm də ərəb dünyasının liderləri ilə münasibətlərini soyudub. Ortada olan sual isə Türkiyənin ərəb xalqları arasında qazandığı mənəvi lider obrazını siyasi kapitala çevirib-çevirməyəcəyidir ki, bu da çox çətin məsələdir. Bildiyiniz kimi, Türkiyədən fərqli olaraq, ərəb dünyasında xalqın rəyi ilə hesablaşmağa ehtiyac yoxdur. Çünki demokratiya, azad seçki, azad mətbuat yoxdur.
- Türkiyə-İsrail münasibətlərinin soyuması Türkiyənin ABŞ-dakı mövqelərinə necə təsir göstərəcək?
- Türkiyə-ABŞ münasibətləri strateji xarakter daşıyır. Türkiyə İraq və Əfqanıstanda ABŞ-a ciddi yardım göstərir. “İncirlik” hərbi bazasının rolunu da yaddan çıxarmaq lazım deyil. Lakin ABŞ-da bir erməni məsələsi var. Yerli yəhudi lobbisi bu məsələdə Türkiyəni dəstəkləyirdi. Amma əvvəlki dövrlərlə müqayisədə indi ABŞ Konqresi məsələ ilə bağlı daha məlumatlıdır. Keçən dəfə Konqresdə aparılan müzakirələrdə gördük ki, amerikalılar öz millət vəkillərinin tarixi yenidən yazmaq cəhdlərindən narazıdırlar. Bunu “The New York Times”, “The Washington Post” və digər qəzetlərdə çıxan məqalələrdən də görmək olurdu. Yəqin ki, bu il də Türkiyənin yəhudi lobbisinə ehtiyacı olacaq. Lakin yəhudi lobbisi də Türkiyənin üstündən asanlıqla xətt çəkə bilməz. Yəhudi lobbisi ağıllı və savadlı insanların idarə etdiyi bir şəbəkədir.
Amerika
Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir
Bloomberg: ABŞ ordusu ucuz raketlərin hazırlanmasını tələb edir
KİV: ABŞ ordusu Ukraynadakı döyüşləri imitasiya edən poliqonlar yaradacaq
Xəbər Lenti
Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
AQP-nin reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib
Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
"Azercell"in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
“Biləcəri” və “Park Xırdalan” layihələrində yeni mənzil sahibi olmaq üçün fürsət - İlkin ödəniş 16 400 AZN-dən başlayaraq!
İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib - YENİLƏNİB
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq
Hamburqda AZAL üçün ilk A321neo təyyarəsinin təhvilvermə mərasimi keçirilib- FOTO
Müdafiə naziri: ABŞ tələb etsə belə, İsrail ordusu Livanın cənubunu tərk etməyəcək
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib
Media nümayəndələri "Airbus"un Hamburqdakı istehsal sahəsində olublar- FOTO
Azərbaycanda sığorta bazarı bu il 2%-ə yaxın böyüyüb
Ərdoğan: İsrail 10 gündür ABŞ-İran razılaşmasını pozmaq üçün əlindən gələni edir
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub
SİMA İmza ilə "Birbank Biznes"də onlayn rahatlıq
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: Top Rusiyada deyil
Fransada Ebolaya ilk yoluxma halı qeydə alınıb
Ukrayna Krımda iki hərbi aerodromu bombalayıb, "Pantsir" sistemi məhv edilib
Əli Xameneinin vida mərasimi ilə əlaqədar Tehranın Mehrabad aeroportu bağlanacaq
Ukrayna ordusu Orenburqda Rusiyanın iki əsas zavodunu vurub
Zeynal Nağdəliyev: Pambıqçılıqda inkişafın əsas istiqaməti intensiv və texnologiyaya əsaslanan istehsal modelinə keçiddir
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Prezidentin köməkçisi: Pambıqçılıqda 2030-cu ilədək əsas hədəf orta məhsuldarlığın 50 sentnerə çatdırılmasıdır
Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid edir
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır
AZAL: Bu günə olan Bakı-Naxçıvan-Bakı reysləri ləğv olunub
Bakıda və rayonlarda yağış yağacaq
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Əziz Əzizov: Aqrar sahədə islahatlar pambıqçılığın inkişafında yeni mərhələnin əsasını qoyub
İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır
Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Zaur Mikayılov: Su ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarəti xüsusi əhəmiyyət daşıyır
İcra başçısı: Dövlət proqramının icrası qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək
Azərbaycanın “orta güc” kimi mövqeyinə həsr olunmuş konfrans keçirilib - FOTO
Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzalayıb
BMT Forumunda Azərbaycanda sosial islahatların uğurları barədə məlumat verilib
“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir
TBMM sədri: İƏTPİ Konfransına sədrliyin Azərbaycana keçməsi bizim üçün son dərəcə əhəmiyyətlidir
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
TBMM Azərbaycanla hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək
Krım və Sevastopol işıqsız qalıb - YENİLƏNİB
Numan Kurtulmuş: İƏT kimi beynəlxalq platformalarda islahatlara ehtiyac var
Avrasiya İnkişaf Bankı: Nəqliyyat sektoru Azərbaycanla gələcək əməkdaşlığın əsas prioritetlərindəndir
Nazir: Pambıq regionlarda gəlirlərin sabitləşdiricisi kimi çıxış etməkdədir
Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var- VİDEO
Qalibaf: ABŞ-la əldə olunmuş İslamabad memorandumu Vaşinqton üçün məğlubiyyətdir