Bank Of Baku

Leon Panetta MKİ direktoru təyin olunub

Leon Panetta MKİ direktoru təyin olunub
# 13 fevral 2009 07:49 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ Senatı Leon Panettanın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin olunmasına razılıq verib. APA-nın məlumatına görə, Leon Panetta Klinton administrasiyasının aparat rəhbəri işləyib və bundan əvvəl kəşfiyyat orqanlarında çalışmayıb. Barak Obama 70 yaşlı Panettanı MKİ direktoru postuna təyin edən zaman bildirib ki, o Konqreslə münasibətləri normallaşdırmağa qadir şəxsdir. Leon Panetta Senat komitəsində çıxış etdiyi zaman bildirib ki, onun rəhbərliyi dövründə MKİ məhbusları işgəncəyə məruz qala biləcəkləri ölkələrə təhvil vermək praktikasından imtina edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR