Bank Of Baku

ABŞ-da sərnişin təyyarəsinin qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub

ABŞ-da sərnişin təyyarəsinin qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub
# 13 fevral 2009 10:07 (UTC +04:00)
Nyu-York-APA. Nyu-York ştatında sərnişin təyyarəsinin qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub. APA-nın məlumatına görə, bu ehtimalı yerli hakimiyyət orqanları açıqlayıblar. Qəzanın baş verdiyi Buffalo aeroportu yaxınlığındakə ərazidə dünəndən etibarən sulu qar yağır. Yerli hakimiyyət nümayəndələri bildiriblər ki, bununla belə qəzanın əsl səbəbi ilə bağlı dəqiq fikir yürütmək hələ çox tezdir. Onlar qəzaya uğrayan təyyarənin ekipajının uçuş zamanı dispetçer xidmətinə hər hansı texniki problemlə bağlı məlumat vermədiklərini bildiriblər. Qeyd edək ki, 3407 saylı reysi həyata keçirən Bombardier Dash 8 Q400 təyyarəsi Buffalo aeroportu yaxınlığında yaşayış binasına çırpılıb. Təyyarədə olan 44 sərnişin və 4 ekipaj üzvü həlak olublar. Qəza baş verən ərazidə yanğın başlayıb, hadisə yerində xilasetmə əməliyyatları davam edir. Ətrafdakı 12 binanın sakinləri yanğının yayılması təhlükəsindən qorunmaq üçün evakuasiya olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR