Bank Of Baku

ABŞ-da mənzillərin müsadirəsinə moratorium qoyulub

ABŞ-da mənzillərin müsadirəsinə moratorium qoyulub
# 14 fevral 2009 09:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın ən iri bankları olan “Citigroup”, “JPMorgan Chase&Co” və “Morgan Stanley” ipoteka yolu ilə alınan mənzillərin müsadirə edilməsinə moratorium qoyublar. “APA-Economics”in məlumatına görə, bu addımla banklar hökümətə ipoteka sahəsinin dəstəklənməsi üçün 50 milyard dollarlıq proqramın həyata keçirilməsi üçün vaxt verib.

Qeyd edək ki, hazırda ABŞ-da ipoteka kreditlərini ödəmə qabiliyyətinin aşağı düşməsi ilə bağlı müsadirə hallarının sayı tarixi maksimuma çatıb ki, bu da öz növbəsində daşınmaz əmlakın qiymətlərinin kəskin düşməsinə səbəb olur. Aydındır ki, bu proses heş kəsin xeyrinə deyil, o cümlədən bankların aktivlərinin dəyərini kəskin şəkildə azaldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR