Bank Of Baku

Sakit okeanda 7 ton kokain daşıyan balıqçı gəmisi saxlanılıb

Sakit okeanda 7 ton kokain daşıyan balıqçı gəmisi saxlanılıb
# 16 fevral 2009 08:10 (UTC +04:00)
Mexiko – APA. Meksika patrul gəmisi Sakit okeanda içində 7 ton kokain olan balıqçı gəmisini saxlayıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, balıqçı gəmisinin 5 ekipaj üzvü həbs edilib. Onların hamısı meksikalıdır. Bu şəxslərin ölkədə fəaliyyət göstərən narkokartellərdən biri ilə əlaqəli olduğu güman edilir. Əməliyyat ABŞ Sahil Mühafizə Xidməti ilə əlaqəli şəkildə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR