Bank Of Baku

Barak Obamanın prezidentlikdən məhrum edilməsi üçün məhkəmə iddiası qaldırılıb

Barak Obamanın prezidentlikdən məhrum edilməsi üçün məhkəmə iddiası qaldırılıb
# 16 fevral 2009 13:29 (UTC +04:00)
Vaşinqton – APA. İyirmi il əvvəl SSRİ-dən ABŞ-a köçən və hazırda Kaliforniya ştatında yaşayan Orli Tayts adlı şəxs prezident Barak Obamaya qarşı məhkəmə iddiası qaldırıb. APA-nın “Tennessian” qəzetinə istinadən verdiyi məlumata görə, diş klinikasının sahibi olan xanım Tayts və onun rəhbərik etdiyi “Bizim Azadlıqlarımızı Müdafiə Fondu” (“Defend Our Freedoms Foundation”) Barak Obamanın ABŞ vətəndaşlığının və müvafiq olaraq prezidentliyinin qeyri-qanuni olduğunu bildirib. O. Taytsın iddiası Tennesidən seçilmiş respublikaçı konqresmenlər Erik Suafford, Steysi Kempfild, Qlen Kasada və Frenk Naytli tərəfindən də dəstəklənib. Onlar məhkəmədə iddiaçı qismində çıxış etməyə hazır olduqlarını bildiriblər. B. Obamanın partiya yoldaşları olan demokratlar isə bu iddianı gülünc sayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR