Bank Of Baku

ABŞ-ın sabiq prezidenti Corc Buşa mağazada iş təklif olunub

ABŞ-ın sabiq prezidenti Corc Buşa mağazada iş təklif olunub
# 23 fevral 2009 10:07 (UTC +04:00)
Dallas-APA. ABŞ-ın sabiq prezidenti Corc Buş Dallas mağazalarından birinin iş təklifini qəbul etməyib. APA-nın məlumatına görə, eks-prezident Dallasdakı mağazaya baş çəksə də, təklif olunan işdən imtina edib. Corc Buşun evin həmin mağazanın yaxınlığında yerləşir, mağazanın sahibi yerli qəzetə elan verərək sabiq prezidentə qapıda dayanmaq və alıcıları salamlamaq işi təklif edib. Mağazaya gələn sabiq prezident iş axtardığını bildirib. Ona üzərində “W” hərfi yazılmış uniforma veriblər. Corc Buş öz mühafizəçiləri ilə birlikdə mağazanı gəzib, alıcılarla söhbətləşib və alış-veriş edib.

Corc Buşa təklif olunan iş vakansiyasında bildirilir ki, o bu işə götürülə bilər, çünki dünya liderləri ilə görüşlərdə insanlarla ünsiyyət qurmaq vərdişləri qazanıb. Eks-prezidentə mühafizəçilərinin maşınını saxlamaq üçün yer, alış verişdə qiymət güzəştləri vəd olunub. İş dəvətində bildirilir ki, yeni iş sabiq prezidentin əvvəlki işi kimi gərgin olmayacaq. Corc Buş Dallasdakı yeni evinə fevralın 20-də köçüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR